"Fənərbaxça" bu qədər pul verdi, İtaliya millisinin hücumçusunu aldı

22 İyul 2022 15:20 İtaliya 973
"Fənərbaxça" bu qədər pul verdi, İtaliya millisinin hücumçusunu aldı

"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Kalyari"dən Joao Pedronu transfer edib.

İtaliya millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb. "Fənərbaxça" 30 yaşlı hücumçuya görə A Seriyası təmsilçisinə 4 680 000 avro + 487 000 avro bonus ödəyəcək.

Joao Pedro 2014-cü ilin yayından "Kalyari"də çıxış edirdi. Təcrübəli forvard son mövsümdə komandanın heyərində meydana çıxdığı 39 oyunda 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM