"Yuventus" "Torino"nun müdafiəçisi Qleyson Bremeri transfer edib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Braziliyalı futbolçunun tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün Turinə gəldiyi bildirilib.
Bu transfer üçün "Yuventus" qarşı tərəfə 41 milyon avro ödəyəcək.
25 yaşlı oyunçu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanacaq. Bremer "Bavariya"ya satılan Mattias de Liqtin əvəzedicisi kimi alınıb.
Bremer "Torino"nun heyətində 110 oyuna çıxıb, 13 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçu ötən mövsüm A seriyasının ən yaxşı müdafiəçisi seçilib.

