"Çempion olduq, bir neçə ay sonra isə üzümüzə belə sillə vuruldu"

18 İyul 2022 12:20 İtaliya 780
"Çempion olduq, bir neçə ay sonra isə üzümüzə belə sillə vuruldu"

İtaliya millisinin yarımmüdafiəçisi Marko Verratti yığma komandanın DÇ-2022-ni buraxmasından danışıb.

Sportinfo.az xəbər verir ki, PSJ-nin üzvü yığmanın DÇ-dən kənarda qalmasını fəlakət adlandırıb:

“Bu, fəlakət idi. Çox sərt təzad: əvvəlcə Avropa çempionu olduq, bir neçə ay sonra isə üzümüzə belə sillə vuruldu.

Avropa çempionatındakı kimi oynaya bilmədik. Belə matçlarda səhv etsəz, səhvlərinizin əvəzini ödəyirsiz”.

İtaliya martın 24-də pley-offda Şimali Makedoniyaya uduzaraq, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazana bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti