İtaliya millisinin və "Yuventus"un əfsanəvi sabiq qapıçısı, hazırda "Parma"da çıxış edən Canluici Buffon gələcək planlarından danışıb.
Sportinfo.az xəbər verir ki, 0, 55 yaşınadək futbol oynamaq istədiyini deyib:
"Karyeramı 55 yaşında bitirəcəm. Uzun müddətdir ki, karyeramı başa vurduqdan sonra nə edəcəyimi düşünürdüm.
Futbolda qalacağıma 100 faiz əmin deyiləm. Bəlkə də özümü yeni, daha sadə şəkildə sınayacam.
Çünki futbolda artıq hər şeyi bilirəm. Mənim üün yeni şeylər öyrənmək maraqlıdır".
Buffon ötən mövsüm B Seriyasının ikinci divizionunda "Parma"nın heyətində 26 oyun keçirib və 27 qol buraxıb.

