Yeni iş yeri bəlli oldu – Aşağı liqa klubu ona tapşırıldı

13 İyul 2022 15:40 İtaliya 789
Yeni iş yeri bəlli oldu – Aşağı liqa klubu ona tapşırıldı

İtaliya millisinin sabiq hücumçusu, son olaraq “Breşiya”nın baş məşqçisi postunda çalışmış Filippo İnzaqinin yeni iş yeri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssis bundan sonra İtaliya B Seriyasında mübarizə aparan “Recina”nı çalışdıracaq.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 3 illik müqavilə imzalanıb.

İnzaqi geridə qalan mövsümdə “Breşiya”nın baş məşqçisi olub. O, daha öncə “Milan”, “Venesiya”, “Bolonya” və “Benevento”ya da rəhbərlik edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti