"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi "Mançester Yunayted"dən ayrılan Pol Poqbanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Yuventus" Fransa milliisinin üzvü ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.
Pol Poqba 2012-2016-cı illərdə "Yuventus"da çıxış edib. Təcrübəli futbolçu 2016-cı ilin yayında 105 milyon avro qarşılığında "Mançester Yunayted"ə transfer olmuşdu.

