“Real”ın hücumçusu “Fiorentina”da - Sonrakı satışdan 50 faiz alacaq

9 İyul 2022 10:00 İtaliya 646
“Real”ın hücumçusu “Fiorentina”da - Sonrakı satışdan 50 faiz alacaq

“Fiorentina” Madrid “Real”ının futbolçusu Luka Yoviçi transfer edib.

Sportinfoaz xəbər verir ki, bu barədə Florensiya klubunun rəsmi saytı məlumat yayıb.

Serb hücumçu ilə 2+2 illik müqavilə imzalanıb. Madrid klubu futbolçunun sonrakı satışından təqribən 50 faizini alacaq.

Transferin məbləği açıqlanmayıb. “Real” 2024-cü ilin yayına qədər hücumçunun maaşının yarısını ödəyəcək.

Yoviç 2019-cu ilin yayında “Ayntraxt”dan “Real”a transfer olunmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti