Gedin, evdə yemək yeyin, foto və video çəkməyin

6 İyul 2022 22:00 İtaliya 468
Gedin, evdə yemək yeyin, foto və video çəkməyin

"Roma"nın baş məşqçisi Joze Mourinyo yeni mövsümə olduqca diqqətli şəkildə köklənib.

Sportinfo.az xəbər verir ki, bu barədə "La Gazette dello Sport" məlumat yayıb.

59 yaşlı mütəxəssis bu dəfə tətbiq etdiyi fərqliliklərlə diqqəti öz üzərinə çəkib. Gündə 2 dəfə məşq keçirən komandaya günorta və axşam yeməkləri üçün evlərinə qayıtmağa icarə verilib.

Həmçinin "Roma"nın bütün tərkibindən qan analizi testləri götürülüb.

Futbolçulardan başqa klubun media departamenti ilə də maraqlanan Mourinyo onlardan komandanın məşqi zamanı şəkil və video çəkməmələrini istəyib.

Portuqaliyalı çalışdırıcının bu addımı atmasının səbəbi məlum deyil. Onun artıq çəki alan futbolçularını qorumaq üçün belə bir təşəbbüs göstərdiyi ehtimal olunur.

"Roma" Joze Mourinyonun baş məşqçiliyi altında 2021/22 mövsümündə Konfrans Liqasının qalibi olub. Paytaxt klubu A seriyasını 6-cı pillədə tamamlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?