İtaliyanın məşhur klubu millimizin sabiq hücumçusunun oğlunun transferini açıqladı

3 İyul 2022 03:00 İtaliya 727
İtaliyanın məşhur klubu millimizin sabiq hücumçusunun oğlunun transferini açıqladı

"Napoli" Xviça Kvaratsxeliyanın transeferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Neapol klubu "Dinamo"da (Batumi) oynayan gürcü vingeri transfer edib.

Amma onunla imzalanan müqavilənin detalları barədə açıqlama verilməyib.

Xviça Kvaratsxeliya Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludur.

Xviça mart ayında Rusiya "Rubin"indən ayrılıb, "Dinamo"ya keçmişdi.

O, Rusiyada oynadığı üçün ölkəsində ailəsi təhdid olunurdu. Rusiyanın Ukraynada apardığı müharibəyə görə Gürcüstanda Xviçanın Kazan təmsilçisində oynamasını istəmirdilər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu