Türkiyə yığmasının müdafiəçisi "Roma"ya transfer oldu

1 İyul 2022 00:10 İtaliya 1 272
Türkiyə yığmasının müdafiəçisi "Roma"ya transfer oldu

"Lill"də çıxış edən Mehmet Zeki Çelik karyerasını İtaliyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, türkiyəli sağ cinah müdafiəçisi "Roma"ya transfer olub.

Jurnalist Canluka Di Marsionun məlumatına görə, tərəflər arasında razılıq əldə olunub və yaxın zamanda rəsmi açıqlama ediləcək.

"Roma" 25 yaşlı futbolçu üçün fransızlara 7 milyon avro ödəyəcək. "Lill" Türkiyə millisinin üzvünün növbəti transferindən də 15 faiz pay əldə edəcək.

Zeki Çelik 2018-ci ilin yayından "Lill"də çıxış edir. O, son mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 40 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM