"İnter" Ronaldonu istəmir - 20 milyon ödəməyə hazır deyil

29 İyun 2022 18:20 İtaliya 403
"İnter" Ronaldonu istəmir - 20 milyon ödəməyə hazır deyil

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo "İnter"ə keçmək istədiyini Milan klubuna bildirib.

Sportinfo.az xəbər verir ki, bu barədə "La Repubblica" məlumat yayıb.

37 yaşlı hücumçu öz menecerləri vasitəsi ilə "İnter"ə xidmətlərini təklif edib. "İnter" forvardın təklifini rədd edib.

Çünki klub ona "Mançester Yunayted"də aldığı, təxminən illik 20 milyon avro əməkhaqqını ödəməyə hazır deyil.

Həmçinin "İnter"in qərarına Romelu Lukakunun tezliklə kluba qayıdacaq olması da təsir edib.

İndi İtaliya təmsilçisi "Yuventus"un digər keçmiş hücumçusu Paulo Dibala ilə müqavilə imzalamağı hədəfləyir .

Ronaldo geridə qalan mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 39 matçda 24 qol vurub və 3 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"