“Əla, möhkəm və çevikdir” - “Yuventus”a keçidi gözlənilən futbolçunu təriflədi

29 İyun 2022 10:20 İtaliya 910
“Əla, möhkəm və çevikdir” - “Yuventus”a keçidi gözlənilən futbolçunu təriflədi

“Real”ın keçmiş futbolçusu İker Kasilyas sabiq komanda yoldaşı Anxel Di Marianın “Yuventus”a mümkün transferi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, keçmiş qolkiper, Di Marianın əla futbolçu olduğunu deyib:

“Anxel Di Maria əla, möhkəm, çevik oyunçudur. “Yuventus”a keyfiyyətli bir irəliləyiş etməyə kömək edə bilər.

Üstəlik, heç vaxt ciddi zədə almayıb, əla formadadır. Düşünürəm ki, onun İtaliyaya uyğunlaşma ilə bağlı problemi də olmayacaq, işə sadiqliyinə görə. Avropada həmişə yüksək səviyyədə, böyük klublarda oynayıb. O, dünya çempionatına yaxşı hazırlaşmaq istəyir”.

Di Maria hazırda PSJ-dədir. Onun tezliklə “Yuventus”a keçəcəyi ilə bağlı məlumatlar yayılıb.

Argentinalı futbolçu 2010-14-cü illərdə “Real”da forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"