Mourinyo özündən çıxdı: “Futbola yeni ad tapmalıyıq”

7 Fevral 2022 15:40 İtaliya 691
Mourinyo özündən çıxdı: “Futbola yeni ad tapmalıyıq”

“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya A Seriyasının 24-cü turunda “Cenoa”ya qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, İtaliya mətbuatına açıqlama verən Mourinyo, 0:0 hesabıyla bitən matçla bağlı danışarkən, hakimləri tənqid edib:

“Hakimin verdiyi qərar düzgündürsə, deməli, illərdir sevdiyimiz futbol dəyişib.

Temmi Abrahamın etdiyi cərimə idisə, deməli, bu, başqa idman növüdür, futbol deyil. Futbola yeni ad tapmalıyıq”.

“Roma”nın matçın 90-cı dəqiqəsində vurduğu qol VAR-a (video köməkçi hakim) baxıldıqdan sonra ləğv edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti