Jiru 4 dəqiqəyə dubl etdi, "Milan" derbini qazandı - VİDEO

6 Fevral 2022 10:00 İtaliya 567
Jiru 4 dəqiqəyə dubl etdi, "Milan" derbini qazandı - VİDEO

İtaliya A Seriyasında XXIV turun mərkəzi görüşü "İnter" və "Milan" arasında keçirilib.

Sportinfo.az xəbər verir ki, "San Siro" stadionunda təşkil olunmuş görüş nominal qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

"Milan"ın qollarını 75-ci və 78-ci dəqiqələrdə Olivye Jiru vurub. "İnter"dən isə 38-ci dəqiqədə İvan Perişiç fərqlənib.

Bu, tarixdə 230-cu Milan derbisi olub. Qarşılaşmaların 78-də "Milan", 84-də "İnter" qələbə əldə edibsə, 68 matç heç-heçə ilə yekunlaşıb.

"Qırmızı-qaralar" "qara-göylər"i 14 noyabr 2010-cu ildən sonra ilk dəfə səfərdə yenməyi bacarıb. 12 il əvvəl "Milan" 1:0 hesablı qələbəyə nail olmuşdu.

"İnter" hazırda 23 oyundan 53 xalla A Seriyasında liderdir. "Milan" isə bu qalibiyyət sayəsində 24 matçdan 52 xalla 2-ci pilləyə qalxıb.

"İnter" - "Milan" - 1:2
Qollar:
Perişiç, 38 - Jiru, 75, 79

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!