
"Antalyaspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Luis Adriano ilə müqavilə imzalanıb.
34 yaşlı hücumçu ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalayıb.
Adriano “Antalyaspor”da 70 nömrəli formanı geyinəcək.
Son klubu “Palmeyras” olan braziliyalı hücumçu daha əvvəl”Şaxtyor” (Donetsk, Ukrayna), “Milan” və Moskva “Spartak”ında çıxış edib.