"Yuventus" və "Tottenhem" arasında seçim edəcək - İtaliya millisinin üzvü

5 Fevral 2022 00:20 İtaliya 818
"Yuventus" və "Tottenhem" arasında seçim edəcək - İtaliya millisinin üzvü

"Roma" Nikolo Zaniolanı satmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı futbolçu üçün "Roma"ya "Yuventus" və "Tottenhem" təklif göndərib.

Amma hər iki klub Zaniola üçün 30 milyon avro təklif edib. Futbolçunun klubu isə onu 40 milyon avrodan aşağı satmaq istəmir.

22 yaşlı futbolçu “Virtus Entella”, “İnter” klublarında oynadıqdan sonra 2018-ci ildən “Roma”ya keçib.

​O, 2019-cu ildən İtaliya millisinin üzvüdür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti