“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Turin təmsilçisi “Frozinone”dən Federiko Qattini, Münhenqladbax “Borussiya”sından isə Denis Zakarianı transfer edib.
Hər iki futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
Qatti mövsümün sonuna qədər icarə əsasında “Frozinone”də çıxış edəcək.

