"Fiorentina" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Florensiya təmsilçisi "Bazel"in hücumçusu Artur Kabralı rənglərinə bağlayıb.
Braziliyalı forvardla müqavilənin detalları açıqlanmayıb. 24 yaşlı forvard "Fiorentina"da 9 nömrəli formada çıxış edəcək.
Artur Kabral Avropa Konfrans Liqasının qrup mərhələsinin son turunun "Bazel" - "Qarabağ" matçında 2 qol vurub.

