“Görərsiz, o, “Yuventus”dan “İnter”ə keçəcək” - Agent dən iddia

26 Yanvar 2022 18:40 İtaliya 399
“Görərsiz, o, “Yuventus”dan “İnter”ə keçəcək” - Agent dən iddia

Sportinfo.az xəbər verir ki, italiyalı agent Fulvio Valcarec təəccüblə qarşılanan proqnoz verib.

O bildirib ki, Paulo Dibala “Yuventus”u tərk etməklə bağlı qəti qərar verib.

Onun iddiasına görə, argentinalı “İnter”ə keçəcək:

“Görərsiniz, Paulo "İnter"ə gedəcək. Onun "Yuventus" rəhbərliyi ilə münasibətləri tamamilə pozulub. Dibalanın "İnter"ə keçidi üçün hər şey hazırdır”.

Maraqlıdır ki, Dibalanın 2015-ci ildə “Palermo”dan “Yuventus”a keçidini həll edən Cüzeppe Marotta hazırda “İnter”in baş direktorudur.

Digər Xəbərlər
Xəbər Lenti