Premyer Liqadan 3 təklif aldı – Hamısına “yox” dedi 

26 Yanvar 2022 15:40 İtaliya 624
Premyer Liqadan 3 təklif aldı – Hamısına “yox” dedi 

"Yuventus"un mərkəz yarımmüdafiəçisi Aaron Remsi Premyer Liqanın 3 klubundan təklif alıb.

Sportinfo.az xəbər verir ki, Remsi bu təkliflərin heç birini qəbul etməyib.

Məlumata görə, uelsli futbolçu "Bernli", "Nyukasl” və "Kristal Pelas"ın təkliflərini rədd edib.

Remsi “Yuventus”da 2019-cu ildən çıxış edir. O, Turin klubuna azad agent kimi keçmişdi.

Daha əvvəl “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Remsinin komandadan ayrılacağını bildirmişdi. Çox güman ki, bu, cari transfer pəncərəsində və ya yayda baş verəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti