"Bunda anormal heç nə yoxdur" - 4 ildən sonra milliyə çağırılan

26 Yanvar 2022 12:00 İtaliya 599
"Bunda anormal heç nə yoxdur" - 4 ildən sonra milliyə çağırılan

"Adana Dəmirspor”un hücumçusu Mario Balotelli dörd il sonra yenidən İtaliya millisinə çağırılmasını şərh edib.

Sportinfo.az xəbər verir ki, “Football İtalia”ya danışan Balotelli, bunları söyləyib:

“İndi yaxşıyam, əhvalım yaxşıdır. 31 yaşında millidə oynamaq normaldır. Bunda anormal heç nə yoxdur. Mən Roberto Mançininin rəhbərliyi altında debüt etdim. Onunla danışdıq, hər şey qaydasındadır.

Ümid edirəm ki, İtaliya millisi dünya çempionatına vəsiqə qazanacaq. Milli komandamız buna layiqdir”.

Balotelli 2018-ci ildən sonra ilk dəfə bu ay keçiriləcək təlim-məşq toplanışı üçün milliyə çağırılıb.

Digər Xəbərlər
Xəbər Lenti