"Bu 3 il üçün söz vermişəm" – Mourinyo nöqtəni qoydu

22 Yanvar 18:20 İtaliya 289
"Bu 3 il üçün söz vermişəm" – Mourinyo nöqtəni qoydu

"Roma"nın baş məşqçisi Joze Mourinyo "Everton"un onunla maraqlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, portuqal mütəxəssis İtaliyadan ayrılmaq niyyətində olmadığını deyib:

“Roma”dakı xoşbəxtliyimi emosiyalar, ehtiraslar, hisslər baxımından, 10 ballıq şkala ilə 11 balla qiymətləndirərdim.

Burada olduğum üçün həqiqətən çox, çox, lap çox xoşbəxtəm. İnsanların mənə güvəndiyini hiss edirəm. İndikindən daha xoşbəxt ola bilmərəm.

Futbol nöqteyi-nəzərindən yanaşsaq, 4-cü və ya 8-ci yer uğurunda mübarizə aparmaq mənim istədiyim şey deyil. Amma gələn mövsüm daha yaxşı olacağıq.

Etiraf edim ki, ilk vaxtlar özümü pis hiss edirdim. Çünki komandanın oyunu dəhşətli idi. Amma indi xoşbəxtəm və bu layihəni başqasına dəyişmərəm.

Bu 3 il üçün söz vermişəm. Ona görə də bu müddət bitənə qədər heç yerə getməyəcəyəm. Bu, həm də mənim layihəmdir”.

Digər Xəbərlər
Xəbər Lenti