“Milan” azarkeşləri Şevçenkonu belə qarşıladı: “Əbədi əfsanə” - FOTO

14 Yanvar 2022 15:20 İtaliya 1 631
“Milan” azarkeşləri Şevçenkonu belə qarşıladı: “Əbədi əfsanə” - FOTO

“Milan” İtaliya kubokunun 1/8 finalında “Cenoa”nı qəbul edib və əlavə vaxtda qalib gəlib – 3:1.

Sportinfo.az xəbər verir ki, “Milan” azarkeşləri “Cenoa”nın baş məşqçisi Andrey Şevçenkonu olduqca xoş qarsalayıb.

Fanatlar onun adını səsləndiriblər və böyük banner açıblar.

Bannerdə belə yazılıb: “Uzun bir sevgi hekayəsi. Mançesterin xatirəsi bizim qəlbimizdədir. Şeva əbədi olaraq əfsanədir!”

2003-cü ildə Mançesterdə keçirilən Çempionlar Liqasının final oyununda “Yuventus”un qapısına həlledici penaltini məhz Şevçenko vurmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il