“Ronaldonun gedişi bizə çox təsir etdi, vurduğu qollarla problemlərimizi gizlədirdi"

13 Yanvar 2022 12:20 İtaliya 510
“Ronaldonun gedişi bizə çox təsir etdi, vurduğu qollarla problemlərimizi gizlədirdi"

“Yuventus”un müdafiəçisi Corco Kyellini açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Kyellini portuqaliyalı hücumçu Kriştiano Ronaldonun “Yuventus”dan ayrılığının komandaya təsir etdiyini deyib:

“Ronaldonun gedişi bizə çox təsir etdi. Vurduğu qollarla problemlərimizi gizlədirdi. Onun sayəsində bir çox səhvlərimiz gözə görünmədi.

Düşünürəm ki, bizim üçün çətin il olacaq. Lakin çox çalışaraq, istədiyimiz nəticələri əldə edə bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti