Mourinyo ona zəng etdi – Premyer Liqa satmaq istəyir

12 Yanvar 2022 15:40 İtaliya 604
Mourinyo ona zəng etdi – Premyer Liqa satmaq istəyir

"Tottenhem"in yarımmüdafiəçisi Tanqay N'Dombele karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, "Roma" futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, “Roma”nın baş məşqçisi Joze Mourinyo fransalıya şəxsən zəng edərək, onu "Roma"ya dəvət edib.

"Tottenhem" oyunçunu satmaq istəyir, lakin yarımmüdafiəçinin icarəyə götürülməsi ehtimalı da var. "Roma"dan başqa, N'Dombele ilə "Napoli" də maraqlanır.

Fransız futbolçu "Tottenhem"də 2019-cu ildən çıxış edir. O, "Lion"dan 60 milyon avroya transfer olunub. Onun müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da