"Onunla yemək yedik, söhbət etdik, məndən gözləntilərindən danışdı"

11 Yanvar 2022 01:30 İtaliya 408
"Onunla yemək yedik, söhbət etdik, məndən gözləntilərindən danışdı"

“Arsenal”dan icarə əsasında “Roma”ya keçən Ensli Meytlend-Naylz açıqlama verib.

Sportinfo.az xəbər verir ki, ingilis yarımmüdafiəçi “Roma”nın baş məşqçisi Joze Mourinyo haqda fikirlərini bildirib:

“Mourinyo dünyanın ən yaxşı baş məşqçilərindən biridir. O, bir çox titul qazanıb və möhtəşəm insandır. Dürüst və xoşbəxtdir.

Mourinyo hər zaman qazanmaq istəyən biridir. Belə biri ilə işləməyin necə olacağını soruşmağa ehtiyac yoxdur.

Mourinyo ilə görüşmüşəm. Onunla yemək yedik, söhbət etdik. Mənə planlarından və məndən gözləntilərindən danışdı. Gözəl tanışlıq idi”.

Naylz mövsümün sonuna qədər “Roma”da çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda