"Milan" "Roma"nı məğlub etdi, liderə 1 addım qaldı - VİDEO

7 Yanvar 2022 00:20 İtaliya 500
"Milan" "Roma"nı məğlub etdi, liderə 1 addım qaldı - VİDEO

İtaliya A Seriyasının XX tur mərkəzi oyununda "Milan" və "Roma" üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, "San Siro" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Hesabı 8-ci dəqiqədə dəqiq penalti zərbəsi ilə yerli komandadan Olivye Jiru açıb.

17-ci dəqiqədə Junior Messias "Milan"ın üstünlüyünü möhkəmlədib. 40-cı dəqiqədə Temmi Abraham fərqi azaltsa da, 82-ci dəqiqədə Rafael Leau nəticəni müəyyənləşdirib.

Bu qələbədən sonra xalını 45-ə çatdıran Stefano Piolinin komandası lider "İnter"dən 1 xal geri qalıb. Lakin Simeone İnzaginin baş məşqçi olduğu kollektivin ehtiyatda bir oyunu var.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!