Nə peyvənd olunub, nə də koronavirusa yoluxub - Stadionlara buraxılmayacaq

3 Yanvar 2022 18:20 İtaliya 677
Nə peyvənd olunub, nə də koronavirusa yoluxub - Stadionlara buraxılmayacaq

İtaliya hökuməti bu aydan başlayaraq idman və digər mədəni-kütləvi tədbirlərə yalnız "yaşıl" anti-kovid sertifikatı olan şəxsləri buraxacaq.

Bu sertifikatı almaq üçün ya tam vaksinasiyadan keçməli, ya da COVİD-19 xəstəliyindən sağalmalısan (bu, həmin şəxsi 105 gün vaksinasiyadan azad edir).

Sportinfo.az xəbər verir ki, yeni qayda "Roma"nın baş məşqçisi Joze Mourinyoya problem yaradacaq.

Portuqaliyalı mütəxəssis nə peyvənd olunub, nə də koronavirusa yoluxub. Bu səbəbdən onun stadiona girişinə qadağa qoyulacaq.

Hazırda "Roma"nın hüquqşünasları Mourinyoya güzəşt olunması üçün iş aparırlar.

Digər Xəbərlər
Xəbər Lenti