15 milyon avroluq transfer - Müqaviləni bu gün imzalayacaq

3 Yanvar 2022 12:20 İtaliya 814
15 milyon avroluq transfer - Müqaviləni bu gün imzalayacaq

“Fiorentina” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi “Lill”dən Conatan İkonu heyətinə qatıb.

Bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

“Fiorentina” 23 yaşlı yarımmüdafiəçi ilə müqaviləni bu gün imzalayacaq. İtaliya klubu İkon üçün “Lill”ə 15 milyon avro ödəyəcək.

İkon “Lill”lə ümumilikdə 150 oyuna çıxıb. O, bu matçlarda 16 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti