"Bu futbolçular haqda danışmaq mənim işim deyil"

3 Yanvar 2022 10:20 İtaliya 541
"Bu futbolçular haqda danışmaq mənim işim deyil"

“Barselona”nın baş məşqçisi Xavi açıqlama verib.

Sportinfo.az xəbər verir ki, İspaniya mətbuatına danışan Xavi adı klubla hallanan Erlinq Haland və Alvaro Morata haqda fikirlərini bildirib:

“Morata? Sahib olmadığım futbolçular haqda danışmaq istəmirəm. Ferran Torres və Dani Alveş bizə çox kömək olacaq.

Digər şeylər isə fərziyyədir. Morata, Haland… Hamısı fərziyyədir. Bu futbolçular haqda danışmaq mənim işim deyil.

Mən komandamda olan futbolçulardan danışmağı üstün tuturam”.

Digər Xəbərlər
Xəbər Lenti