"Ronaldo sanki başqa bir planetdən gəlib, onunla oynadığım üçün çox şanslıyam"

1 Yanvar 2022 01:40 İtaliya 623
"Ronaldo sanki başqa bir planetdən gəlib, onunla oynadığım üçün çox şanslıyam"

“Yuventus”un futbolçusu Federiko Kyeza keçmiş komanda yoldaşı Kriştiano Ronaldo haqda açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Kyeza Ronaldonun sanki başqa planetdən olduğunu deyib:

“Ronaldonun əzmkarlığı, gücü, problemləri həll etmə bacarığı mənim ilham qaynağımdır. Ronaldo sanki başqa bir planetdən gəlib.

Onunla məşq etmək və nə qədər güclü olduğunu görmək həyəcanverici idi. Ronaldo ilə oynadığım üçün çox şanslıyam”.

Hazırda “Mançester Yunayted”də çıxış edən Ronaldo 2018-ci ilin yayından 2021-ci ilin avqustuna qədər “Yuventus”un uğurları üçün çalışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti