“Parma”nın qapıçısı Canluici Buffon açıqlama verib.
Sportinfo.az xəbər verir ki, 43 yaşlı ulduz gələcək planlarından danışıb:
“Meksika və ya ABŞ-da oynamaq istərdim. Bu təcrübəni qazanmaq istəyirəm, amma görək necə olacaq.
Futbolçu karyeramı bitirdikdən sonra məşqçi olacağımı dəqiq bilmirəm. Hər zaman inkişaf etmək istəyirəm.
Çempionlar Liqasını qazana bilməməyim məni daha ruhlandırır. Bəlkə də bu turniri qazansaydım, karyeramı bitirərdim”.
“Parma”nın yetirməsi olan Buffon “Yuventus” və Fransanın PSJ klublarında çıxış edib. Yenidən yetirməsi olan klubda forma geyinən qapıçı bu mövsüm 18 oyuna çıxıb.

