“Ronaldodan sonra yaxşı futbolçu gətirə bilmədi - Ötən ildən daha pis vəziyyətdədir”

18 Dekabr 2021 22:00 İtaliya 813
“Ronaldodan sonra yaxşı futbolçu gətirə bilmədi - Ötən ildən daha pis vəziyyətdədir”

İtaliya milli komandasının və “Yuventus”un sabiq futbolçusu Luka Toni açıqlama verib.

Sportinfo.az xəbər verir ki, yerli mətbuata danışan keçmiş hücumçu, “Yuventus”un bu mövsümkü çıxışını dəyərləndirib:

“Kriştiano Ronaldonun ayrılığı komandaya itkilər yaşatdı, bunun başqa bir izahı yoxdur.

Ronaldo “Yuventus” üçün çoxlu qollar vurdu və bütün məsuliyyəti öz üzərinə götürürdü. “Yuventus” Ronaldodan sonra heyətə yaxşı futbolçu qata bilmədi. Komanda ötən ildən daha pis vəziyyətdədir”.

“Yuventus” A Seriyasında 7-ci sıradadır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti