"Yuventus” Alvaro Morata ilə yollarını ayırmaq istəyir.
Sportinfo.az xəbər verir ki, Turin təmsilçisi müqavilə ilə “Atletiko”ya məxsus olan, icarə əsasında komandada çıxış edən ispan hücumçunun transfer hüquqlarını almayacaq. .
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Moratanın performansından narazıdır və hücumçunu gələcək planlarına daxil etməyəcək.
Morata bu mövsüm “Yuventus”la 21 oyunda 6 qol vurub.

