Ürəyində problem olan tanınmış futbolçunu burada saxlamayacaqlar

17 Dekabr 2021 15:20 İtaliya 1 123
Ürəyində problem olan tanınmış futbolçunu burada saxlamayacaqlar

“İnter” Kristian Eriksenlə yollarını ayıracaq.

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərdə “neradzurra”nın qış transfer pəncərəsi dövründə danimarkalı yarımmüdafiəçi ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edəcəyi bildirilib.

Eriksenlə Danimarkanın “Odense” klubu yaxından maraqlanır.

AÇ-2020-nin Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən və daha sonra ürəyindən əməliyyat olunan Eriksenə kardioverter-defibrillyator (İCD) qoşulub.

Kardioverter-defibrillyator nizamsız ürək ritmini tənzimləməyə kömək etmək üçün sinəyə qoyulan kiçik bir cihazdır. Cihaz ürəyin qəfildən dayanmasının da qarşısını alır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti