"Qarabağ" səpələnmişlər səbətində - İlk oyunu səfərdə keçirəcək

12 Dekabr 2021 13:20 İtaliya 1 755
"Qarabağ" səpələnmişlər səbətində - İlk oyunu səfərdə keçirəcək

Konfrans Liqasında pley-off mərhələsinin püşkatmasının detalları bəlli olub.

Sportinfo.az-ın Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, dekabrın 13-dəki mərasimdən öncə iştirakçılar 2 səbətə bölünüblər.

"Qarabağ" digər qrup ikinciləri kimi səpələnmişlər səbətində yer alıb. Bu komandalar ilk oyunlarını səfərdə keçirəcəklər.

Avropa Liqasında öz qrupunu 3-cü pillədə tamamlayaraq pley-offa düşən kollektivlər isə səpələnməmişlər səbətində olacaq.

İlk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq.

"Qarabağ" H qrupunu ikinci sırada bitirərək pley-offa vəsiqə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti