"Niyə qazana bilməmişəm, bilmirəm - Hər zaman bu haqda düşünmüşəm"

11 Dekabr 2021 10:20 İtaliya 840
"Niyə qazana bilməmişəm, bilmirəm - Hər zaman bu haqda düşünmüşəm"

“Milan”ın ulduzu Zlatan İbrahimoviç açıqlama verib.

Sportinfo.az xəbər verir ki, isveçli hücumçu karyerası ərzində “qızıl top” mükafatını qazana bilməməsinə belə münasibət bildirib:

“Niyə “qızıl top”u qazana bilməmişəm, bilmirəm. Hər zaman bu haqda düşünmüşəm.

Son “qızıl top”u Lionel Messi qazandı, amma hər kəs Robert Levandovskinin buna daha çox layiq olduğunu deyir.

Mən heç Çempionlar Liqasını da qazana bilməmişəm. Bu, mənim karyerama təsir etməyib”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti