"Napoli” transfer çalışmalarını davam etdirir.
Sportinfo.az "Tuttosport"a istinadən xəbər verir ki, Neapol təmsilçisi Portuqaliyanın U-21 yığmasının üzvü Roger Fernandesi heyətinə qatmağı planlaşdırır.
19 yaşlı vinger hazırda “Əl-İttihad”da oynayır.
Onun Səudiyyə Ərəbistanı klubu ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
"Braqa"nın yetirməsi 2025-ci ildə “Əl-İttihad”a keçmişdi.
“Qarabağ” Çempionlar Liqasının 5-ci turunda “Napoli” ilə qarşılaşacaq. Bu görüş noyabrın 25-də keçiriləcək və matça Bakı vaxtı ilə 00:00-da start veriləcək.

