Təklif aldı, bu şərt ürəyincə oldu - Ya maaşın azalacaq, ya da gedəcəksən!

15 Oktyabr 2021 12:20 İtaliya 575
Təklif aldı, bu şərt ürəyincə oldu - Ya maaşın azalacaq, ya da gedəcəksən!

“İnter” İvan Perişiçin müqaviləsini yeniləmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, “neradzurra” xorvatiyalı vingerlə razılığa gələ bilmir.

Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Perişiç yeni müqavilə imzalamağa müsbət yanaşsa da, məvacibinin azaldılmasına razı deyil.

“İnter” hazırda 5 milyon avro qazanan Perişiçin məvacibini 3 milyon avroya endirməyi planlayır.

32 yaşlı vingerə klubda qalmaq istəyirsə, məvacibini azaltmalı olduğu bildirilib. Tərəflər arasında danışıqlar davam edir.

Bu mövsüm “İnter”lə 8 oyuna çıxan Perişiçin müqaviləsi 2022-ci ilin iyuluna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var