"Real"ın baş məşqçisi Zinəddin Zidan Lionel Messinin "Barselona"dan ayrılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, fransalı mütəxəssis onun İspaniyada qalmasını istədiyini açıqlayıb:
"Nə olacağını bilmirəm, amma Messinin “Barselona”dan getməyəcəyinə ümid edirik. Çünki o, bizimlə birgə eyni çempionatda çıxış edir. Biz isə La Liqada ən yaxşıların oynamasını istəyirik”.
33 yaşlı argentinalının 2021-ci ildə Kataloniya klubundan ayrılacağı bildirilir. Messi cari mövsüm La Liqada keçirdiyi 28 matçda 22 qol vurub və 18 assist edib.