İsrafilov meydandan çıxdı, məğlubiyyətdən qaçdılar - VİDEO

3 İyul 2020 10:24 İspaniya 685
İsrafilov meydandan çıxdı, məğlubiyyətdən qaçdılar - VİDEO

İspaniya La Liqa2-də XXXVII turun mübarizəsi davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete" meydana çıxıb.

Adıçəkilən komanda elitaya vəsiqə qazanmağa çalışan "Alkorkon"u qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. Start heyətinə meydana daxil olan Eddi 33-cü dəqiqədə sarı vərəqə alıb və fasilədən sonra əvəzlənib.

İlk hissəni hesabda geridə tamamlayan "Albasete" bərabərlik topunu 57-ci dəqiqədə vurub. Bu nəticədən sonra 18-ci pillədəki mövqeyini qoruyan "Albasete" xallarının sayını 44-ə çatdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu