Rakitiçi "Barselona"dan havayı qaytarmaq istəyir - "Sevilya"

5 İyun 2020 19:45 İspaniya 693
Rakitiçi "Barselona"dan havayı qaytarmaq istəyir -

“Sevilya” "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiçi heyətinə qatmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, komanda xorvatiyalı oyunçu üçün transfer bədəli ödəmək istəmir.

Məlumata görə, Rakitiçin “Barselona” ilə müqaviləsi 2021-ci ilin iyununa qədərdir. Ancaq “Sevilya” mövsüm sonu futbolçunu transfer etmək istəyir. 32 yaşlı yarımmüdafiəçinin sabiq klubuna qayıtma ehtimalı zəifdir.

Çünki o, Kataloniya təmsilçisində illik 8 milyon avro qazanır. Əndəlus təmsilçisi isə bu məbləği verəcək gücdə deyil. Rakitiç 2011-14-cü illərdə “Sevilya”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...