"Əvvəl zalım və qürurlu idim, həbsxanada ağladım"

29 May 2020 18:06 İspaniya 472
"Əvvəl zalım və qürurlu idim, həbsxanada ağladım"

“Barselona”nın sabiq prezidenti Sandro Rosel həbsxana həyatı barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Sandro həbsxanada olarkən emosiyalarına hakim ola bilmədiyini deyib.

Sandro 643 gün həbsdə qalıb. "Çirkli vəsait"in yuyulmasında ittiham edilib. O, bu müddətdə bir neçə dəfə ağladığını da etiraf edib:

“Həbsxanada ağlayırdım. Depressiyadan yox, köməksizlikdən. Amma məndə depressiyanın olduğunu da etiraf edirəm.

Əvəllcə bir qədər zalım və qürurlu idim. Deyirdim ki, mən ağlaya bilmərəm. Amma sonradan özümü saxlaya bilmədim. Neçə dəfə ağladığımı dəqiq bilmirəm, məncə, 5 dəfədən yuxarı olub belə hal”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı