Diş fırçası almağa gedən baş məşqçi cəzalandı

16 May 2020 22:20 Almaniya 904
Diş fırçası almağa gedən baş məşqçi cəzalandı

“Auqsburq”un baş məşqçisi Hayko Herrlix karantin qaydalarını pozduğu üçün cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, Herrlix, Bundesliqanın 26-cı turu çərçivəsində “Volfsburq”la qarşılaşacaqları oyundan əvvəl keçirilən mətbuat konfransında karantin qaydalarını pozduğunu etiraf edib.

O, diş fırçası və krem almaq üçün karantində olduqları oteldən ayrıldığını deyib. Herlix həm komandanın məşqlərində, həm də “Volfsburq”la oyunda iştirak etməyəcək.

Alman mütəxəssis iki dəfə koronavirus testi verdikdən sonra işinə qayıdacaq. Koronavirusa görə dayandırılan Almaniya Bundesliqası sabahdan bərpa olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti