İnyesta: "Barselona" rəhbərliyi özünü yaxşı aparmır"

13 Yanvar 2020 21:48 İspaniya 1 032
İnyesta: "Barselona" rəhbərliyi özünü yaxşı aparmır"

"Barselona"nın sabiq futbolçusu Andres İnyesta klub rəhbərliyini tənqid edib.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı futbolçu Kataloniya təmsilçisinin rəhbərliyini baş məşqçi Ernesto Valverdeyə etimad göstərməməkdə günahlandırıb:

"Barselona" rəhbərliyi özünü yaxşı aparmır. Məşqçilərə hörmət etmək lazımdır. Rəhbərliyin baş məşqçi Ernesto Valverdyə qarşı belə davranması komandaya zərər vura bilər".

Hazırda Yaponiyanın "Vissel Kobe" klubunda oynayan İnyesta 2002-2018-ci illərdə "Barselona"nın şərəfini qoruyub. O, meydana çıxdığı 442 rəsmi oyunda 35 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"