Enrike aranı qarışdırdı, Moreno qovuldu - Vəkilləri federasiyanı məhkəməyə verəcək

19 Noyabr 2019 22:35 İspaniya 720
Enrike aranı qarışdırdı, Moreno qovuldu - Vəkilləri federasiyanı məhkəməyə verəcək

Luis Enrike İspaniya yığmasının baş məşqçi postuna qayıdar-qayıtmaz aranı qarışdırıb.

Sportinfo.az xəbər verir ki,49 yaşlı mütəxəssis 2008-ci ildən bəri birgə işlədiyi Robert Morenonu məşqçilər korpusundan kənarlaşdırıb.

Bu barədə dünən xəbər tutan və məyus olan 42 yaşlı məşqçi hətta AÇ-2020-nin qrup mərhələsinin son turunun dünən keçirilən Rumıniya ilə görüşünün (5:0) ardından mətbuat konfransına qatılmayıb. Moreno matç başa çatan kimi futbolçularla görüşərək bazanı tərk edib.

İspaniya mətbuatı Enrikenin gözlənilməz seçimini birmənalı qəbul etməyib. Nəzərə alaq ki, Moreno onun yoxluğunda milliyə uğur qazandırıb, məğlubiyyəti yoxdur: 10 rəsmi oyunda 8 qələbə qazanıb, 2 heç-heçə.

İndiki halda isə reallıq budur ki, Moreno Luis Enrikenin köməkçisi olmayacaq. Baş məşqçi federasiya rəhbərliyinə ondan savayı, 2-ci köməkçi məşqçi Rubalesi də yanında görmək istəmədiyini deyib.

Gözlənilməz reaksiya ilə üzləşən Robert Moreno artıq vəkillərinə müraciət edib, onlar İspaniya Futbol Federasiyası ilə danışıqlara başlayıblar. Kompromis olmasa, Morenonun vəkilləri federasiyanı məhkəməyə verəcəklər. Çünki onun federasiya ilə yaya qədər müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu