Prezidentlik planları var

12 Noyabr 2019 00:42 İspaniya 1 170
Prezidentlik planları var

"Barselona"nın müdafiəçisi Jerar Pike klub prezidenti olmaq fikrində qətidi. Sportinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu indidən hazırlıqlara başlayıb.

O, karyerasını bitirdikdən sonra namizədliyini irəli sürəcək. Pike prezident seçiləcəyi təqdirdə, Andoni Zubizarretanı idman direktoru, Xavi Ernandesi isə baş məşqçi postuna təyin edəcək.

Həmçinin Andres İnyestanın da xidmətindən klub strukturunda yararlanmaq niyyətindədir. Jerar Pikenin "Barselona" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

Digər Xəbərlər
Xəbər Lenti