Bu dəfə almaniyalı müdafiəçi ilə maraqlanır - “Barselona”

2 Dekabr 2025 21:40 İspaniya 649
Bu dəfə almaniyalı müdafiəçi ilə maraqlanır - “Barselona”

Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbekin klubu ilə müqaviləsinin müddətini uzatmayacağı ehtimal olunur.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

26 yaşlı futbolçu yeni anlaşmadan imtina edərsə, gələn yay münasib qiymətə klubdan ayrılmaq imkanı əldə edəcək.

Şlotterbekə ciddi şəkildə maraq göstərən klublardan biri “Barselona”dır. Komandanın baş məşqçisi Hans-Diter Flik almaniyalı müdafiəçinin oyununu yüksək qiymətləndirir və onun transferinə şəxsi istək göstərir.

Şlotterbek cari mövsümdə bütün turnirlərdə 13 matçda iştirak edib və 2 məhsuldar ötürmə verib. Onun “Borussiya” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!