“Elə insanlardan deyiləm ki, bir milyon qol vurmağa çalışım”

2 Dekabr 2025 18:20 İspaniya 424
“Elə insanlardan deyiləm ki, bir milyon qol vurmağa çalışım”

“Barselona”nın vingeri Lamin Yamal fərdi statistikaya və rekordlara önəm vermədiyini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu əsas məqsədinin meydanda zövq almaq olduğunu bildirib:

“Mən elə insanlardan deyiləm ki, bütün rekordları qırmağa, bir milyon qol vurmağa və ya karyeramda minlərlə oyun keçirməyə çalışım.

Mən sadəcə oyundan həzz almaq istəyirəm. Ümid edirəm ki, bu günün uşaqları da mənim nümunəmi izləyər”.

Yamal “Barselona”nın heyətində bütün turnirlərdə 120 oyuna çıxıb, 32 qol vurub və 43 məhsuldar ötürmə verib. O, İspaniya millisində isə 23 matçda 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti