“Real”ın baş məşqçisi ilə bağlı yeni xəbər - QOVACAQLAR?

2 Dekabr 2025 01:40 İspaniya 570
“Real”ın baş məşqçisi ilə bağlı yeni xəbər - QOVACAQLAR?

Şayiələrə baxmayaraq, Xabi Alonsonu qovmaq “Real”ın planında deyil.

Madrid təmsilçisi İspaniya La Liqasında “Jirona” ilə 1:1 hesablı heç-heçə edərək yenidən xal itirib.

Matçdan sonra mediada baş məşqçinin mümkün qovulması ilə bağlı xəbərlər yayılıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi hazırda ispaniyalı çalışdırıcı ilə yollarını ayırmağı düşünmür.

“Real” ardıcıl üç heç-heçədən sonra La Liqanın turnir cədvəlində liderliyini itirib. Komanda 14 oyundan sonra 33 xal toplayıb və lider “Barselona”dan 1 xal geridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti